Omnivision – təhlükəsizlik sistemləri üzrə etibarlı tərəfdaş
Omnivision videomüşahidə, təhlükəsizlik və nəzarət sistemləri üzrə peşəkar həllər təqdim edən və Uniview (UNV) markasının Azərbaycandakı rəsmi milli distribyutoru olan şirkətdir.
- Məhsul çeşidi
- 700+
- Məhsul çeşidi
- Aktiv müştərilər
- 100+
- Aktiv müştərilər

Biz kimik
Fəaliyyətimiz yalnız avadanlıq satışı ilə məhdudlaşmır. Müxtəlif miqyaslı layihələr üçün düzgün texnologiyanın seçilməsi, sistemin komplektasiyası, texniki konsultasiya və satış sonrası dəstək prosesində tərəfdaşlarımızın yanında oluruq.
Məhsul portfelimizə IP və analoq kameralar, PTZ kameralar, NVR və XVR qeydiyyat cihazları, yaddaş qurğuları, access control və interkom sistemləri, turniketlər, CCTV kabelləri və aksesuarları, monitorlar, interaktiv panellər, rack kabinetlər və videowall həlləri daxildir. Bu geniş portfel müxtəlif ölçülü obyekt və layihələr üçün vahid təhlükəsizlik infrastrukturu formalaşdırmağa imkan verir.
B2B əməkdaşlıq fəaliyyətimizin əsas istiqamətlərindən biridir. Dilerlər, sistem inteqratorları, quraşdırıcı şirkətlər və layihə tərəfdaşları üçün məhsul seçimi, texniki konsultasiya, layihə komplektasiyası və satış dəstəyi təqdim edirik. Eyni zamanda fərdi müştərilərə də ehtiyaclarına uyğun təhlükəsizlik həllərinin seçilməsində kömək edirik.
Məqsədimiz sadəcə məhsul təqdim etmək deyil, hər layihə üçün etibarlı, genişləndirilə bilən və uzunmüddətli həll yaratmaqdır.

İnsanlar uğurumuzun əsasıdır
Hər uğurlu layihənin arxasında enerjili, texnologiyanı sevən və işini sevə-sevə görən bir komanda dayanır.
OmniVision komandası — təhlükəsizlik texnologiyaları sahəsində peşəkar bilik və praktik təcrübəyə malik, yüksək məsuliyyət hissi daşıyan, yeniliyə açıq mütəxəssislərdən ibarətdir. Biz inandığımız əsas prinsip budur: doğru məhsul və düzgün komanda arasında qurulan balans – uğurlu layihənin təməlidir. Mütəmadi təlimlər, daxili təşəbbüslər və komandadaxili ruh sayəsində biz müştərilərimizə yalnız texniki dəstək deyil, etibara əsaslanan tərəfdaşlıq hissi də təqdim edirik.

Hüseyn Əliyev
Direktor

Elnarə Aslanova
Direktor müavini

Pərvin Cavadov
Biznesin inkişafı və kommersiya direktoru

Kamran Xıdırov
IT Direktor

Eldəniz Əhmədov
Texniki şöbə rəhbəri

Mahir Şahbazov
Texniki dəstək mühəndisi

Nihad Ələkbərli
Texniki dəstək mühəndisi
Komandamızla danışın
Layihəniz üçün məsləhət alın
Bizimlə əlaqə